İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı iki işçi qrupun yaradılması barədə Sülh Şurası ilə razılığa gəlib. Qəzzanın yenidən qurulmasına başlanılmasından əvvəl anklavın demilitarizasiyasının başa çatdırılması nəzərdə tutulur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner arasında Qüdsdə keçirilən görüşün yekunları üzrə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, tərəflər Qəzzanın silahsızlaşdırılması və demilitarizasiyası üzrə işçi qrup yaradılması barədə razılığa gəliblər. İsrail və Sülh Şurası bu prosesin Qəzzada hər hansı yenidənqurma işinə başlanılmasından əvvəl tamamlanmasını vacib hesab edir.
İkinci işçi qrup isə Qəzza əhalisinin sanitariya, təmiz su və digər ictimai səhiyyə problemlərinin həlli ilə məşğul olacaq.
