5
Almaniyada 665 metrlik Skywalk Willingen piyada asma körpüsü açılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi "Deutsche Welle" məlumat yayıb.
Məlumata görə, 665 metrlik Skywalk Willingen asma körpüsü Almaniyada və dünyada ən uzun körpülərdən birinə çevrilib. Körpü xizəklə tullanma və Nordic Dünya Kuboklarının keçirildiyi yerə yaxın iki yamac arasında tikilib.
Körpüdə eyni vaxtda 750 nəfər ola bilər. Pis hava şəraiti olan günlər istisna olmaqla, ona giriş gündüz saatlarında bütün il boyu açıqdır.
"Skywalk Willingen"də külək sürəti sensorları quraşdırılıb.
