"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan Azərbaycanlılarla daim əlaqədədir".
Bu sözləri Manset.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. O, qeyd edib ki, orada olan soydaşlarımız təlimatlandırılıb:
"Hələlik onların həyatı təhlükəsi yoxdur.Sadəcə Rostovda bildiriş verilib ki, heç kəs evdən çıxmasın. Onlar da bu təlimata əməl edirlər. Soydaşlarımızdan onlara kömək lazım olub-olmadığı soruşulub.
Voronejdə isə hələki təhlükəli vəziyyət yoxdur. Ona görə orada yaşayan soydaşlarımıza evdən çıxıb-çıxmamaqla bağlı xəbərdarlıq edilməyib. Biz daim əlaqədəyik, nəzarətdə saxlayırıq. Nəsə müraciət olsa, digər qurumlarla müzakirə edərək orada yaşayan azərbaycanlılara nə etmək lazımdırsa, edəcəyik".
