Hindistanın Naqpur şəhərində hamilə görünən kişi əkizini mədəsində 36 il gəzib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Nəşrin yazdığına görə, Sanju Bhaqat qarnı böyük olduğuna görə "hamilə kişi" ləqəbini alıb və uşaqlıqda kişinin belə problemi olmayıb. Ailəsini dolandırmaq üçün hər gün fermada işlədiyi vaxt 20 yaşından sonra qarın böyüməyə başlayıb.
Yoxsulluq ucbatından Bhaqat həkimə getməyib. 1999-cu ildə diafraqmaya təzyiq o qədər gücləndi ki, kişi çətinliklə nəfəs ala bildi. Sonra o, Mumbaydakı xəstəxanaya aparılıb.
Həkimlər Bhaqatda böyük xərçəng şişi olduğundan şübhələnirdilər. Əməliyyat zamanı cərrahlar kişinin qarnının içərisində əzaları, cinsiyyət orqanlarının bir hissəsi, çənəsi və saçları olan insan tapıblar. Məlum olub ki, Bhaqatın anasının hamiləliyi zamanı bir əkiz digərinin içində yaranıb. Bu, 500 min hadisədən birində baş verir. Bir uşaq dünyaya gələndə ikincisi orada parazit olaraq yaşamağa davam edib.
Bhaqat əkizinə baxmaqdan imtina edib. Əməliyyatdan sonra kişi işinə qayıdıb.
