6
Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Həmzət Kadırovu güc blokunun müşaviri – köməkçisi vəzifəsinə təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kadırov öz Telegram kanalında elan edib.
Bundan əvvəl Həmzət Kadırov region hökuməti sədrinin müavini – Çeçenistan Respublikasının əmlak və torpaq münasibətləri naziri vəzifəsində çalışıb.
