1
İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Ucnoqta.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu vəfizəyə uzun illər “İctimai TV”-də çalışmış Orxan Cabbarlı gətirilib.
“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəhbəri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mətbuat katibi təyin edilib.
