26
NASA Ay səthində “SpaceX”in “Falcon 9” raketinin parçasının düşməsi nəticəsində yaranan 18 metrlik kraterin görüntülərini yayımlayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, “Falcon 9” raketi 2025-ci ilin yanvarında Blue Ghost Ay modulu və Resilience kosmik stansiyası ilə birlikdə buraxılıb.
Raketin ikinci pilləsi kosmik aparatları nəzərdə tutulan trayektoriyaya çıxarıb. Lakin pillənin Yerə qayıdaraq atmosferdə yanması üçün kifayət qədər yanacağı olmayıb.
Nəticədə ölçüsü təxminən bir ev boyda olan raket parçası saatda təxminən 9 min kilometr sürətlə Ayın səthinə çırpılıb və krater əmələ gətirib.
