0
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73 621 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 629 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 670 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 379 921 nəfər təşkil edir.
