28
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, azərbaycanlı azarkeşlərin diqqəti “Tvente” – “Qarabağ” oyununa yönələcək.
Niderlandda keçirləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oyunu Azərbaycanda CBC Sport telekanalı canlı yayımlayacaq.
Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
