Türk Hava Yollarının uçuşları bərpa edəcəyi gün məlum olub

09:04 - 21 May 2020 - Xəbər

Türk Hava Yolları aviaşirkəti (THY) 4 iyundan daxili, 10 iyundan isə xarici uçuşlarını bərpa edəcək. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə THY-nin rəhbəri İlker Aycı bildirib. İlker Aycı deyib ki, sərnişinlərin əl yükünün təyyarənin salonuna daxil edilməsinə icazə verilməyəcək. 8 kiloqramlıq əl yükü təyyarənin yük yerinə qəbul ediləcək və ödəniş haqqı da ümumi yükə əlavə ediləcək. Sərnişinlər təyyarə salonuna yalnız əl çantası ilə daxil ola biləcək.

Xəbər xətti