"Neftçi" Azərbaycanın aktivinə ən çox xalı yazdırıb

Azərbaycan klubları avrokuboklarda I təsnifat mərhələsinin ilk oyunlarını 0,375 reytinq xalı ilə başa vurublar.

Bu xallardan 0,250-ni "Neftçi" komandası qazanıb. Flaqman Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə "Sperantsa"nı Moldovada 3:0 hesabı ilə məğlub edib. 0,125 xalı isə aktivinə "Qarabağ" yazdırıb.

Ağdam klubu Albaniyada "Partizani" ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü heç-heçə ilə başa vurub - 0:0. Əvəzində "Səbail" evdə Rumıniyanın "Universitatya" (Krayova) komandasına 2:3 hesabı ilə uduzduğu üçün reytinq xalı qazana bilməyib.

Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırsa da, 26-cı pillədə qalıb. 25-ci pillədə isə 16,750 xalla Qazaxıstan qərarlaşıb./report

Tarix
12 İyul 2019 [09:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-12 09:04:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin