Kürdəmirdə şagird məktəbli yoldaşına xəsarət yetirib

13:41 - 7 Fevral 2025 - ÖLKƏ İÇİ

07.02.2025-ci il tarixində saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü (kişi cinsli) təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib.

Xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

12:28

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Həmçinin əlavə olunub ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Xəbər xətti