Xəbər veridyimiz kimi, Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanda qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. İlkin məlumata görə, qəzadan 32 nəfər sağ qalıb, xəstəxanaya yerləşdirilib. İlkin olaraq qəzaya uğrayan təyyarədə təxminən 15 Rusiya vətəndaşı olub. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşları olduğu bildirilir.
Təyyarənin qəzaya düşməsinə səbəb əvvəlcə quş sürüsü ilə toqquşma olub.
Qəza yerinə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 xilasedicisi və 11 texnikası gəlib.