Avtomobil idarə edərkən baş verən insultun dörd əlaməti

07:00 - 2 Avqust 2024 - AVTO

İnsult xüsusilə avtomobil idarə edərkən təhlükəlidir. Ancaq bunu vaxtında müəyyən etsəniz əsas risklərdən qaça bilərsiniz.

Ucnoqta.az xəbər verir ki, bu barədə nevroloq və neyrofizioloq Olqa Qaponova deyib. O qeyd edib ki, insultun ilk əlamətləri beynin hansı nahiyələrinin təsirləndiyindən və zədənin nə qədər ağır olmasından asılıdır.

Bir insanın bədəninin bir tərəfində yüngül zəiflik ola bildiyi halda, digərində birdən-birə danışmaq və görməkdə çətinlik yarana bilər.
Həkim özünüzdə və ya başqa bir insanda insultun ən çox görülən əlamətlərini tanımaq üçün FAST testindən istifadə etməyi məsləhət gördü.

Əvvəlcə gülümsəməyə çalışmalı və təbəssümdə hər hansı bir asimmetriya olub olmadığını görməlisiniz. Sonra hər iki əlinizi qaldırmalı və sadə ifadələri yüksək səslə söyləməlisiniz. Bu uğursuz olarsa, dərhal təcili yardım çağırmalısınız.

İnsultun digər əlamətlərinə qəfil şiddətli baş ağrısı, çaşqınlıq, bulanıq görmə və hər hansı hisslərin itməsi və ya kütləşməsi daxildir.
Avtomobil sürərkən bu əlamətlər baş verərsə, dərhal təhlükəsiz yerdə dayanmalı və təcili yardım çağırmalısınız.

Xəbər xətti