Səudiyyə Kralı İlham Əliyevi təbrik etdi

11:16 - 25 May 2024 - SİYASƏT

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, təbrikdə deyilr:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə davamlı inkişaf, rifah arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".

Xəbər xətti