Kadırovun oğlu nazir təyin edilib

21:21 - 21 May 2024 - Xəbər

Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov bölgənin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın başçısı Ramzan Kadırov Telegram kanalında məlumat verib.

Məlumata görə, əvvəllər bu vəzifəni icra edən İsa İbrahimov Çeçenistan Respublikasının başçısı və hökuməti administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib.

Xəbər xətti