Qəzzada həlak olanların sayı 29,5 mini keçdi

13:39 - 23 Fevral 2024 - DÜNYA

 İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri 29,5 mindən çox insan həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edib.

Məlumata görə, Qəzzada qurbanların sayı 29 514 nəfərə çatıb. Həmçinin 69 616 fələstinli yaralanıb.

Qeyd edilir ki, təkcə son 24 saat ərzində İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində 104 nəfər həlak olub, 160 nəfər yaralanıb.

Xəbər xətti