Mehriban Əliyeva İrandakı səfirliyimizə edilən terror aktı ilə bağlı başsağlığı verdi - FOTO

14:41 - 27 Yanvar 2023 - Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktı ilə bağlı paylaşım edib. 

Ucnoqta.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”

Xəbər xətti