İki qadını şantaj edən şəxs saxlanıldı

13:50 - 6 Oktyabr 2022 - HADİSƏ

Şəkidə qadınların şəkillərini paylaşılacağı ilə hədələyərək pul tələbən edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan 2 qadın onların ailə fotoşəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək pul tələb olunmasını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Teyyubov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti