Azərbaycanın aerobika gimnastika millisi gümüş medal qazanıb - İslamiada

19:12 - 13 Avqust 2022 - İDMAN

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlar başa çatıb.

 Azərbaycanın aerobika üzrə komandası gümüş medal qazanıb.

Yığmamızın üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.

Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıblar.

Azərbaycan millisi göstərdiyi nəticə ilə ikinci yeri tutub.///report

Xəbər xətti