AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi - FOTO

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.

Hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib.
Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur. Ç.Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb.

Tarix
26 İyun 2022 [18:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-26 18:16:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin