Mahir ardıcıl 2-ci dəfə ən zəif futbolçu seçilib

15:38 - 1 Dekabr 2021 - İDMAN

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda noyabrın ən zəif oyunçusu seçilib.

24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla ilə birlikdə -4 xala layiq görülüb. O, oktyabrda da ən zəif 2 futbolçudan biri olub.

Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, "Legiya" noyabrda keçirdiyi 5 oyunun 4-də uduzub. Son ölkə çempionu yalnız Ekstraklasanın XVI turunda "Yagelloniya"ya minimal hesabla qalib gəlib - 1:0.///report

Xəbər xətti