Azərbaycan bu qardaşları İnterpol xətti ilə axtarışa verdi

10:45 - 1 Dekabr 2021 - HADİSƏ

Azərbaycan hüquq-mühafizə orqanları Bolqarıstan vətəndaşı olan qardaşları beynəlxalq axtarışa verib.

Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildiirlib ki, 23 yaşlı Gyurdzhan Stoyanov Angelov və 21 yaşlı Tezdzhan Stoyanov Angelovu mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmədə, külli miqdarda əmlak zəbt etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən kompüter materiallarını qanunsuz mənimsəmədə təqsirləndirilir.

Onların saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində dövlətlərarası axtarış elan olunub.///Apa


Xəbər xətti