Azərbaycanda sığorta şirkətləri bu avtomobilləri qəbul etmir? - AÇIQLAMA

Azərbaycanda sığorta şirkətləri bəzi avtomobilləri sığorta etməkdən çəkinirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddialara görə, şirkətlər əsasən, “Toyota Prius”, Opel Astra”, “Xazar” və digər avtomobilləri sığorta etməkdə maraqlı deyillər. Buna səbəb kimi həmin avtomobillərin taksi fəaliyyətinə daha çox cəlb olunmaları və qəza törətmələri göstərilir.

İddialar ilə bağlı Lent.az-a açıqlama verə İcbari Sığortalar Bürosunun idarə heyətinin sədri Rəşad Əhmədov bildirib ki, şirkətlərin belə bir haqqı yoxdur və qanun pozuntusudur:

“Sığorta şirkətlərinin müraciət edən müştərinin sığorta təminatlarını verməmək kimi haqları yoxdur, onların belə bir yanaşması ola bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə və şirkət sığorta etdirməkdən boyun qaçırırsa, bu birbaşa qanun pozuntusudur. Bununla bağlı həmin vətəndaş Azərbaycanda sığorta şirkətlərinə nəzarət edən Mərkəzi Banka şikayət etməlidir.

İcbari Sığortalar Bürosu hüquqi şəxslərin ittifaqıdır. Zərərçəkən üçüncü şəxslərin və sığorta müştərilərinin də maraqlarını qoruyan bir qurumdur. Belə bir fakt olarsa, bizə də müraciət edə bilərlər. Məmnuniyyətlə kömək edəcəyik”.

Tarix
17 Sentyabr 2021 [23:44]
Müəllif
Üç nöqtə
2021-09-17 23:44:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin