Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb -Foto

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş vətəndaş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi killi miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Tarix
1 Mart 2021 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-01 12:46:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin