Ana səhifə Mobil versiya
23 Sentyabr 2020

Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb- Foto

Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən restoran aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Salyan şəhəri Ələt-Astara yolunun 55-ci km-də yerləşən “Tut ağacı” kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib. Obyektə baxış zamanı karantin rejimi qaydalarını pozduğuna görə Salyan şəhər sakinləri Aləddin Tağıyev, Elman Rzayev, Şamil Axundov, Səbuhi Nəsirov, Müşfiq Səmədov, Həsən Həsənov, Murad Qurbanov, Vaqif Zərbəliyev, Azər Qurbanov və Əlipaşa Abasov saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb. Onlar inzibati qaydada 200 manat məbləğində cərimə olunublar. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilib və bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı qaydada həbs cəzası gözləyəcək.

Tarix
6 Avqust 2020 [19:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-06 19:11:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin