ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçiriləcəyinin mümkünlüyünü istisna etməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın ITV televiziyasına müsahibəsində bildirib.
Aparıcının “İrana qarşı güc tətbiq etməyə ehtiyac olacaqmı” sualına cavabında prezident deyib: “Belə ehtimal hər zaman var. Mən istəyirəmmi? Yox, ancaq güc tətbiq etmək məsələsi həmişə gündəmdədir”.