Amerika Birləşmiş Ştatları Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarına dəstək verən şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) saytında məlumat verilir ki, Mavrikidə qeydiyyatdan keçmiş "Bagsak Shipping", eləcə də Livanda qeydiyyatdan keçmiş "Great Success Shipping" və "Zaas Shipping & Trading" şirkətlərinə məhdudiyyətlər qoyulub. Sanksiya siyahısına Panama və San Marino bayraqları ilə üzən tankerlər də daxildir.