BMT Qlobal Cənub QHT platformasının təsis edilməsini təqdir edir

11:03 - 28 Aprel 2025 - Cəmiyyət

Bu gün BMT-də 6500 akkreditasiyadan keçmiş QHT var.

APA xəbər verir ki, bunu BMT-nin rəsmisi Wook-Jin Chang Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın inklüziv dialoqu qlobal həmrəyliyə nə qədər önəm verdiyinin göstəricisidir: "İqlim dəyişikliyi və münaqişələrin tüğyan etdiyi dövrdə Cənub Platforması ortaq təcrübələrin paylaşılması, dayanıqlı vətəndaş cəmiyyətinin formalaşmasına ciddi töhfələr verə bilər. İcmaların sıx əməkdaşlığı bizi müstəsna tərəfdaş edir. Qlobal Cənub QHT platformasını təqdir edirəm. BMT-nin QHT-lərə, QHT-lərin də BMT-yə ehtiyacı var. Qlobal Cənubda əksər ölkələrin QHT-ləri yoxdur. Bu gün bu tarazlığı düzəltməliyik. Vaxt bizim əleyhimizədir. 2030-cu ilə qədər görüləsi vacib tədbirləri həll etmək üçün birlikdə hərəkət etməliyik".

Xəbər xətti