ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artdı

10:37 - 28 Aprel 2025 - DÜNYA

ABŞ-nin Yəmənin şimal-qərbindəki Saada şəhərində afrikalı miqrantların saxlandığı mərkəzə endirdiyi zərbələr nəticəsində azı 35 nəfər həlak olub. Daha 30-a yaxın insan hələ də itkin düşüb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, ən azı daha 50 yaralı xəstəxanaya çatdırılıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.
Hadisə yerində xilasetmə işləri. Telekanalın məlumatına görə, hücum zamanı mərkəzdə 100-dən çox miqrant olub.

Xəbər xətti