Terrorçular Kəşmiri məhv etmək istəyirlər - Modi

10:53 - 27 Aprel 2025 - DÜNYA

Terrorçular sülhə və inkişafa qayıdan Hindistan Kəşmirini yenidən məhv etmək istəyirlər.

Ucnoqta.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi ənənəvi bazar günü radio çıxışında Hindistan birliyinin Cammu və Kəşmir əyalətinin Pahalqam turizm şəhərində yaraqlıların 26 nəfərin ölümü ilə nəticələnən hücumunu şərh edərkən belə deyib.

“Pahalqam hücumu terrora himayədarlıq edənlərin məyusluğunu əks etdirir, onların qorxaqlığını nümayiş etdirir. Kəşmirdə sülhün bərpa olunduğu, məktəblərin və kolleclərin uğurla fəaliyyət göstərdiyi, demokratiyanın gücləndiyi, turizmin yüksəldiyi, gənclər üçün yeni imkanların açıldığı bir vaxtda Cammu və Kəşmirin düşmənləri və bütün ölkə sevinmirdi. Terrorçular Kəşmiri yenidən məhv etmək istəyirlər" - baş nazir deyib.

Hindistanın baş naziri cinayətkarların cəzalandırılacağını bir daha bəyan edib və hücumdan zərərçəkənləri “ədalət tapacaqlarına” əmin edib. Modi də hücumun ürəyində "dərin ağrı" yaratdığını söylədi.

Xəbər xətti