Ontario ştatının Vindzor şəhərinin meri Dryu Dilkens ABŞ prezidenti Donald Trampın Kanada ilə ABŞ arasında sərhəd şəhərində başa çatacaq körpünün yarı mülkiyyəti iddiasını "dəlilik" adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə mer CBC-də bildirib.
"Bu, sadəcə dəlilikdir.Paylaşımı görəndə buna inana bilmədim", - mer qeyd edib.
Dilkens Kanadanın körpünün tikintisini tam maliyyələşdirdiyini, ABŞ-nin isə ödəmək istəmədiyini qeyd etdi. O, ABŞ-nin ölkələr arasında ticarəti təşviq edəcək bir layihənin tamamlanmasına müqavimət göstərdiyinə inanır.
Mer həmçinin ABŞ liderinin Kanada və Çin arasında razılaşma əldə edilərsə, Pekinin bütün Kanada xokkeyini bağlaya və Stenli Kubokunu əbədi olaraq ləğv edə biləcəyi iddialarını "dəlilik" adlandırdı.