Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan Vatsap mayın 5-dən bəzi köhnə Ayfon modelləri üzərində işləməyi dayandıracaq. Bu tarixdən sonra onlar mesaj göndərə və ya qəbul edə bilməyəcəklər.
Ucnoqta.az Milli.az-a istinadən həmin cihazları təqdim edir:
İphone 5s
İphone 6
İphone 6 Plus
Meta ilə əlaqəli proqram indi yalnız iOS 15.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda dəstəklənəcək. Bu o deməkdir ki, köhnə modelləri olan istifadəçilər Vatsapdan istifadə etmək üçün ya cihazlarını təkmilləşdirməli, ya da iOS 15.1-ə yeniləməli olacaqlar.