Rusiya prezidenti Vladimir Putin KXDR-ə, onun lideri Kim Çen Ina və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsində göstərdikləri köməyə görə minnətdarlığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Putinin bəyanatını Kremlin mətbuat xidməti yayıb.
“Biz rus əsgərləri ilə çiyin-çiyinə vətənimizi öz Vətənimiz kimi müdafiə edən koreyalı əsgərlərin qəhrəmanlığına, yüksək səviyyəli xüsusi hazırlığına və fədakarlığına hörmətlə yanaşırıq”, - Rusiya prezidenti vurğulayıb.
Putin qeyd edib ki, Rusiya Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsində kömək edən KXDR-dən olan qəhrəmanları əbədi olaraq şərəfləndirəcək.