Xocalı şəhərinə daha 33 ailə (137 nəfər) köçürülüb.
Ucnoqta.az xəbər verir ki, Bakı şəhərindən 15 ailə (65 nəfər); Goranboy rayonundan 7 ailə (30 nəfər); Abşeron rayonundan 3 ailə (12 nəfər); Ağcabədi rayonundan 2 ailə (7 nəfər); Sumqayıt şəhərindən 2 ailə (6 nəfər); Gəncə şəhərindən 1 ailə (6 nəfər); Qobustan rayonundan 1 ailə (5 nəfər); Şirvan şəhərindən 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən 1 ailə (3 nəfər) yola salınıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə (341 nəfər) çatacaq.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.