İsveçin Stokholmdan 70 km aralıda yerləşən Uppsala şəhərində naməlum şəxs 3 nəfəri güllələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın polisi məlumat yayıb.
Polis hadisəni qətl kimi araşdırır.
Cinayətkar elektrik skuterində cinayət yerindən qaçıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.