Genişmiqyaslı elektrik kəsilməsi səbəbindən İspaniya iqtisadiyyatına dəyən ziyan 1 milyard avro təşkil edə bilər.
Ucnoqta.az-ın məlumatına görə, bu qiymətləndirməni yerli "The Objective" qəzeti müsahibə verən ekspertlərə istinadən verib.
Ekspertlərə görə, bir çox müəssisə qapılarını bağlamaq məcburiyyətində qaldığından, fasilə İspaniyanın ÜDM-inə böyük təsir göstərəcək. Sorğuda iştirak etmiş analitiklərin hesablamalarına görə, krallığın ÜDM-i gündə 4 milyard avrodan çoxdur ki, bunun da təxminən 14%-i sənaye sektorunun (təxminən 575 milyon avro), digər 12%-i isə xidmət sektorunun (təxminən 500 milyon avro) payına düşür.
Ümumilikdə İspaniya iqtisadiyyatı üçün itkilər 1 milyard avroya qədər ola bilər.