Şotlandiya Futbol Assosiasiyası transseksuallara qadınların matçlarında oynamağı qadağan edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu qərar Böyük Britaniya Ali Məhkəməsinin qadının doğulanda bioloji olaraq ona məxsus olduğunu tanımasından sonra verilib.
Nəticədə, Şotlandiya Futbol Assosiasiyası kişi doğulanların qadınların matçlarında iştirakını qadağan etmək üçün qaydalarını yeniləmək qərarına gəlib.
Məlumata görə, yenilik gələn mövsümdən qüvvəyə minəcək və 13 yaşdan yuxarı futbolçular arasında keçirilən bütün yarışlara şamil olunacaq.