AQTA heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir

19:39 - 29 Aprel 2025 - ÖLKƏ İÇİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyunun 6-7-də qeyd olunacaq Qurban bayramı münasibətilə ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir.

Ucnoqta.az xəbər verir ki, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı ictimaiyyətə açıqlanacaq.

"Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir".

Xəbər xətti