İsrail fransalı deputatların vizasını ləğv etdi

16:00 - 29 Aprel 2025 - DÜNYA

Fransa Xarici İşlər Nazirliyi İsrailin Fələstin ərazilərinə səfər etməyi planlaşdıran fransalı deputatlar üçün vizaları ləğv etmək qərarını tənqid edərək, bunun ikitərəfli münasibətlərə xələl gətirdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İsrail hakimiyyətinin İsrailə və Fələstin ərazilərinə səfər etməli olan bir neçə parlament üzvündən ibarət iki Fransa nümayəndə heyətinin səyahət icazələrini ləğv etmək qərarı təəssüf doğurur, əks-məhsuldardır və Fransa-İsrail münasibətlərinə xələl gətirir.

Qeyd olunur ki, nümayəndə heyətləri “Fələstinli Qaçqınlar Düşərgələri ilə Fransa Şəhərləri arasında Qardaşlaşma Münasibətləri Assosiasiyası” və “Fransa Birləşmiş Şəhərləri” assosiasiyasının himayəsi altında yaradılıb.
Quai d'Orsay İsrailin Parisdəki səfirliyinin bu birliklərlə terror təşkilatları arasında əlaqələrə dair verdiyi açıqlamaları qəbuledilməz adlandırıb və israillilərlə fələstinlilər arasında davamlı sülh əldə etmək üçün çalışanlara zərər verən bu qərarların ləğv edilməsini tələb edib.

Xəbər xətti