Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirilir

18:52 - 29 Aprel 2025 - AVTO

Təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Ucnoqta.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

Xəbər xətti