Polis övladının dəfnini canlı yayımlayan ata ilə bağlı hərəkətə keçdi - VİDEO

16:15 - 8 Aprel 2026 - Cəmiyyət

Sosial şəbəkələrdə canlı yayım açaraq övladının dəfn prosesini göstərən və səhifədə kart yerləşdirib “tıklayın” sözləri ilə gündəmə gələn doqquz uşaq atası Kamil Cəbrayılov haqqında APA TV -nin 7 aprel tarixində yayımlanan araşdırmasından sonra DİN məsələyə reaksiya verib. 

Ucnoqta.az Apa TV-yə istinadla bildirir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, səsləndirilən həmin iddialar nəzarətə götürülüb və araşdırma predmetidir. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə müvafiq yoxlamalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, ailədə baş verən hadisələrlə bağlı valideynlərin açıqlamaları bir-biri ilə ziddiyyət təşkil edir və uşaqların əvvəlki ölüm halları da tam aydın izah olunmur. Qonşular ailədə qeyri-sağlam psixoloji mühitin olduğunu iddia edir və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səsləndirirlər. Digər sual doğuran məqam müxtəlif yaşlı 6 uşağın birlikdə hamamda bağlı qapı arxasında qalmasıdır.

Həmçinin ata uşaqlarından birini pay veridiyini də açıqlayır.

Xatırladaq ki, Sumqayıtda çoxuşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənib. Görülən tibbi yardıma baxmayaraq onlardan 2 yaşlı Gülcənnət adlı qızı həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti