Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması haqqında fərman imzalayıb.
Trend-in məlumatına görə, fərmana əsasən iyulun 21-də parlamentə növbədənkənar seçkilər keçiriləcək.
Fərmandan sonra V.Zelenski parlamentin sədri Andrey Parubiyə seçkilər barədə qanuna dəyişikliklərin müzakirəsi üçün Ali Radada növbədənkənar iclas keçimək barədə müraciət ünvanlayıb.
İclasın sabah keçirilməsi nəzərdə tutulur.