Nazir: Pensiya artımı 233 min nəfər pensiyaçıya şamil olunacaq

14:44 - 14 Fevral 2019 - Xəbər

Əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq.  

Ucnoqta.az xəbər verir ki. bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib: "Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanıb. Pensiya artımı 233 min nəfər pensiyaçıya şamil olunacaq. Qanun layihəsi artıq Milli Məclisə təqdim olunub."

“Bununla da əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq”- deyə nazir vurğulayıb.

Xəbər xətti