ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Böyük Britaniya yaxınlığında qəza siqnalı verib
Ucnoqta.az xəbər verir ki, Flightradar məlumatlarına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing WC-135R radiasiya kəşfiyyat təyyarəsi Böyük Britaniyanın şərq sahilləri yaxınlığında qəza siqnalı verib.
Təyyarə Mildenhall Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb, Niderland üzərində uçub, sonra dönüb və İngiltərənin sahil şəhəri Kromerdən şərqdə dəniz ətrafında təxminən üç dəfə dövrə vurub.
Məlumata görə, təyyarə Mildenhall yaxınlığında enir.