Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət etdi

14:00 - 8 Avqust 2025 - Xəbər

"Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir".

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda, qəza riskini artırır:

"Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq ediləcək".

BŞDYPİ sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir.

Xəbər xətti