Prezident icra başçısını təltif etdi- Sərəncam

13:54 - 14 Fevral 2019 - Xəbər

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Xəbər xətti