Suraxanıda ağac kəsilməsi faktı aşkarlanıb
Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin “Qaynar xətt”inə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivindəki əraziyə baxış keçirmiş, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.
Bakı Şəhər İcra hahimiyyətinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılmış, həmin ərazi məişət və digər tullantılardan təmizlənmiş və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.
Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.