Bakıda yaşlı qadın böyrəyini oğluna bağışladı

12:51 - 13 Fevral 2019 - Xəbər

Unikal böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLANın rəhbərliyi ilə həyata keçirilib.

Mərkəzdən Ucnoqta.az-a verilən xəbərdə bildirilir ki, cərrahın sözlərinə görə, əməliyyatın mürəkkəbliyi böyrəyi bağışlayan ananın donorluq üçün kifayət qədər yaşlı hesab edilməsində olub: “Ümumiyyətlə, dünya transplantologiya təcrübəsində donorluq həllini gözləyən problemlərdəndir.

Qohumlar arasında uyğun donor tapılana kimi bir neçə namizədin sağlamlıq və uyğunluq vəziyyətinin yoxlanılması lazım olur. İndiki halda resipiyentə donorluq üçün təkcə ana uyğun gəldi. Donorun yaşlı olması əməliyyatın riskini artırırdı. Komandamızın birgə əməyi sayəsində bu riskindən də öhdəsindən gəldik, əməliyyat uğurla həyata keçirildi. Resipiyent və donor yaxşı vəziyyətdə evə yazıldılar.”

Xəbər xətti