Dağlıq Qarabağda erməni əsgəri ölüb

08:41 - 13 Fevral 2019 - Xəbər

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində erməni əsgəri ölüb.

Bu barədə "Report" erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə dünən baş verib. 2000-ci il təvəllüdlü Frunzik Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə hərbi hospitala çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:30-da hospitalda ölüb.

Hadisə ilə bağlı istintaq aparılır.

​Qeyd edək ki, bu, Ermənistan ordusunda ötən gün qeydə alınan ikinci ölüm hadisəsidir. Dünən Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.

Xəbər xətti